19
Oktyabr

19 Oktyabr

Beynəlxalq Türk Akademiyasının prezidenti Ermənistan tərəfindən humanitar atəşkəsin pozulması barədə məlumatlandırılıb

Oktyabrın 19-da qarşı tərəfin təşəbbüsü əsasında Xarici İşlər naziri Ceyhun Bayramovun Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə telefon danışığı olub.

Nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə məlumat verib. O, Ermənistan silahlı qüvvələrinin ikinci humanitar atəşkəsə baxmayaraq ötən gün Cəbrayıl rayonu istiqamətində Azərbaycan mövqelərinə hücum etdiyini, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycanın Gədəbəy və...

19
Oktyabr

19 Oktyabr

Almaniyalı deputatların Qarabağa qanunsuz səfərlərinə görə bu ölkənin XİN-inə nota göndəriləcək

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Almaniya üçün radikal sağçı Alternativ (AfD) partiyasının Bundestaq və Brandenburq federal torpağının Landtaqındakı fraksiyalarının nümayəndələrindən ibarət dörd nəfərlik nümayəndə heyətinin işğal altında olan torpaqlarımıza səfərinə münasibət bildirib.

Oktyabrın 18-də Almaniya üçün radikal sağçı Alternativ (AfD) partiyasının Bundestaq və Brandenburq federal torpağının Landtaqındakı fraksiyalarının nümayəndələrindən ibarət dörd nəfərlik nümayəndə heyəti...

19
Oktyabr

19 Oktyabr

Azərbaycan və Fransa Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Oktyabrın 19-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Fransa Respublikasının Xarici İşlər naziri Jan-İv Lö Drian arasında telefon danışığı olub.

Telefon danışığı zamanı bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov rəsmən atəşkəs elan olunmasından sonra Ermənistan silahlı qüvvələri tərəfindən ikinci dəfə humanitar atəşkəsin pozulduğu barədə Fransa Xarici İşlər nazirinə məlumat verib. O qeyd edib...

19
Oktyabr

19 Oktyabr

XİN sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarına münasibət bildirib

Son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diplomatlarına qarşı həyati təhlükə xarakterli çağırışların geniş yayıldığını müşahidə edirik. Bu, növbəti dəfə radikal erməni qüvvələrinin terrorçu xislətinin təzahürüdür. Təəssüflə bildirmək istərdik ki, tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluq, hətta Ermənistanda dövlət səviyyəsində dəstəklənir. Hər kəsə yaxşı bəllidir ki, ASALA...