30
Oktyabr

30 Oktyabr

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Ermənistan Şuşa şəhəri ətrafında “Ağ fosfor” tərkibli bombalar tətbiq edib

“Azərsky” peykinin çəkilişlərindən əldə edilmiş təsvirlərin təhlili nəticəsində 30 oktyabr 2020-ci il tarixdə Şuşa şəhəri ətrafında (Topxana meşəsi) 10-dan artıq yanğın mənbəyi aşkar edilib. Yanğın mənbələrindən qalxan ağ tüstünün “Ağ fosfor” tərkibli bombaların tətbiqi ilə əlaqədar olması ehtimal edilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.