31
Oktyabr

31 Oktyabr

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Xocalıda 3-dən artıq yanğın mənbəyi aşkar edilib

“Azərsky” peykinin çəkilişlərindən əldə edilmiş təsvirlərin təhlili nəticəsində 31 oktyabr 2020-ci il tarixdə Xocalı rayonun Ulubaba kəndi yaxınlığndakı meşəlik ərazidə 3-dən artıq yanğın mənbəyi aşkar edilib. Yanğın mənbələrindən qalxan ağ tüstünün “Ağ fosfor” tərkibli bombaların tətbiqi ilə əlaqədar olması ehtimal edilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.