23
Oktyabr

23 Oktyabr

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

“Azərpoçt” MMC “Qarabağ Azərbaycandır!” mövzusunda zərflər dövriyyəyə buraxıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən “Qarabağ Azərbaycandır!” mövzusunda markalı zərflər dövriyyəyə buraxılıb.

Zərflərin üzərində Azərbaycan xəritəsi, azərbaycan və ingilis dillərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunub. Üz tərəfin fonunda isə hərbi kamuflyaj təsvir edilib.

Sözügedən zərflər sadə, sifarişli və sifarişli-xəbərnaməlidir. Sadə zərflərin markasında işğaldan azad edilən Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü, sifarişli zərflərin markasında Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən və 1314-cü ilə aid Qutlu Musa türbəsi, sifarişli-xəbərnaməli zərflərin markasında isə Şuşa şəhərinin gerbi təsvir olunub.

Əsas məqsəd son günlər hər birimizi qələbə xəbərləri ilə sevindirən rəşadətli Azərbaycan ordusuna mənəvi dəstək olmaq, zəngin tariximizi və qədim abidələrimizi beynəlxalq miqyasda təbliğ etməkdir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.