Ombudsman
Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində törədilən dağıntılara və insan tələfatına dair hesabat hazırlanıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva aidiyyəti beynəlxalq qurumlara və dünya ictimaiyyətinə, həmçinin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və ölkəmizdəki diplomatik nümayəndəliklərə Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini mütəmadi atəşə tutması nəticəsində törədilmiş dağıntılar və insan tələfatına dair hesabat təqdim edib.
Hesabat 2020-ci il sentyabrın 27-dən oktyabrın 1-dək olan dövrü əhatə edir və Ombudsmanın faktaraşdırıcı monitorinq səfəri çərçivəsində toplanmış faktlar, eləcə də hadisələrlə bağlı digər materiallar əsasında hazırlanıb.
Ombudsmanın hesabatı BMT-nin Baş katibinə, Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, İnsan Hüquqları Şurasına, UNİCEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, həmçinin Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Hesabatın tam mətni ilə burada tanış ola bilərsiniz.