Zəfərin yolu
Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur.
Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi hərbi cinayətləri gizlətmək məqsədini güdür.
Ermənistan Müdafiə Nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.
Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb. Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək.
İşğal altındakı Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub. Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının həmin ərazilərə gətirilməsində düşmənin məqsədi, ilk növbədə, onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya...
Sentyabrın 27-dən etibarən bu günədək Azərbaycan Ordusu tərəfindən başladılan əks-həmlə əməliyyatı dövründə bütün birləşmələrimiz və bölmələrimiz verilən göstərişlərə uyğun olaraq beynəlxalq humanitar hüququn normalarına, o cümlədən Cenevrə Konvensiyası və əlavə edilmiş bütün protokollara, norma və prinsiplərə tam olaraq riayət edir. Bu müddətdə düşmən canlı qüvvə, döyüş texnikası baxımından ağır itkilər verərək hər dəfə geriyə çəkilməyə məcbur edilir. Bir neçə şəhərimiz,...
Ötən müddət ərzində Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrinin yerləşdiyi mövqeləri və Tərtər, Ağdam, Ağcabədi daxil olmaqla bir sıra yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya qurğularından və raketlərlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 31-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, döyüş əməliyyatları əsasən Ağdərə,...