Zəfərin yolu
Ermənistan mediasının noyabrın 1-də Xankəndi üzərində Azərbaycan Ordusuna məxsus PUA-nın vurulması ilə bağlı yaydığı xəbər həqiqəti əks etdirmir və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İşğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistan KİV-ləri təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir.
Bu cür həqiqəti əks etdirməyən xəbərlər yaymaqla Ermənistan müdafiə nazirliyinin rəsmiləri cəbhədəki vəziyyətdən tamamilə bixəbər olduqlarını nümayiş etdirirlər.
Növbəti dəfə rəsmi olaraq bəyan edirik ki, bölmələrimiz yalnız düşmənin döyüş mövqelərinə və atəş nöqtələrinə cavab zərbələri endirir.
Ötən sutka ərzində düşmən Tərtər və Ağcabədi rayonlarında yaşayış məntəqələrimizi, o cümlədən Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Tovuz, Gədəbəy və Qubadlıda yerləşən bölmələrimizin mövqelərini artilleriya və digər atıcı silahlardan atəşə tutub. Əsasən Ağdərə, Ağdam, Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində aparılan döyüş əməliyyatlarında ordumuzun cavab tədbirləri nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd piyada döyüş maşını, dörd ədəd "Qrad" yaylım...