28
Oktyabr

28 Oktyabr

Müdafiə Nazirliyi

Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır

Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun Xankəndidə yerləşən doğum evini atəşə tutması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.

Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.