Zəfərin yolu
Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur və yalandır.
Tam tərsinə, oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.
Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayır.
Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edib. Düşmən müdafiə mövqelərimizi, o cümlədən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atıcı silahlardan və artilleriya qurğularından atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 23-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
Anar Eyvazov qeyd edib ki, Azərbaycan Ordusunun keçirdiyi...
Ermənistan tərəfinin Azərbaycan Ordusunun Xankəndi və Xocavənd şəhərlərini guya artilleriya atəşinə tutması barədə yaydığı məlumat həqiqəti əks etdirmir və yalandır.
Nazirliyin məlumatında bildirilib ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə tam əməl edir.
Ermənistan müdafiə nazirliyi rəsmisinin Azərbaycan Ordusunun döyüşlərdə guya xeyli sayda zirehli və avtomobil texnikası itirməsi ilə bağlı səsləndirdiyi fikirlər onun əməliyyat şəraitindən tam xəbərsiz olmasının göstəricisidir.
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, yayılan məlumatın reallıqla heç bir əlaqəsi yoxdur və qorxu içində olan erməni cəmiyyətini sakitləşdirmək məqsədilə hazırlanmış dezinformasiyadır. Hansı tərəfin nə qədər döyüş texnikasının...