23
Oktyabr

23 Oktyabr

Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun arsenalında kifayət qədər zirehli texnika var və onlar əməliyyat şəraitinə uyğun tətbiq olunur

Ermənistan müdafiə nazirliyi rəsmisinin Azərbaycan Ordusunun döyüşlərdə guya xeyli sayda zirehli və avtomobil texnikası itirməsi ilə bağlı səsləndirdiyi fikirlər onun əməliyyat şəraitindən tam xəbərsiz olmasının göstəricisidir.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, yayılan məlumatın reallıqla heç bir əlaqəsi yoxdur və qorxu içində olan erməni cəmiyyətini sakitləşdirmək məqsədilə hazırlanmış dezinformasiyadır. Hansı tərəfin nə qədər döyüş texnikasının məhv edildiyini və nə qədər qaldığını təyin etmək üçün Azərbaycan Müdafiə Nazirliyinin təqdim etdiyi videoları izləmək kifayətdir.

Ordumuzun arsenalında düşmənə zərbə endirməyə yetərincə zirehli texnika var və onlar relyefə, əməliyyat şəraitinə, müxtəlif taktiki üsul və metodlara uyğun komandanlığın qərarına əsasən tətbiq edilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.