24
Oktyabr

24 Oktyabr

Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb 

Oktyabrın 24-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq keçirib.

Müdafiə Nazirliyi bildirib ki, brifinqdə qonaqlara Ermənistanın münaqişədə birbaşa iştirakı, Ermənistanın Gorus və Qafan rayonlarından Azərbaycanın Qubadlı və Laçın rayonlarının ərazilərinin, Ağdərə rayonunun işğal altında olan ərazilərindən Goranboy, Tərtər və Naftalan rayonlarında yaşayan Azərbaycan...

24
Oktyabr

24 Oktyabr

Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır

Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarına başladıqdan sonra Ermənistan bütün vasitə və resursları cəlb etməklə informasiya mühitində ölkəmizə qarşı hücuma keçməyə cəhd göstərir. Bununla da qarşı tərəf həqiqətləri əks etdirməyən məlumat, video və fotolar yaymaqla beynəlxalq aləmdə Azərbaycan barəsində mənfi rəy formalaşdırmağa çalışır.

Yayılan saxta video və fotolarda guya Azərbaycan əsgərinin erməni əsir və meyitləri ilə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normalardan kənar, kobud davranması...

24
Oktyabr

24 Oktyabr

Azərbaycanın Hərbi Komandanlığı işğal olunmuş ərazilərdəki dinc əhaliyə hərbi obyektlərdən uzaq durmağı tövsiyə edir

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir daha müraciət edərək onların xəsarət almaması üçün hərbi obyekt və infrastrukturdan uzaq durmağı tövsiyə edir. Eyni zamanda, Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə də müraciət edərək silahı yerə qoymağı və təslim olmağı təklif edir.

24
Oktyabr

24 Oktyabr

Anar Eyvazov: Erməni hərbçilərinin vaxt itirmədən silahı yerə qoyması və təslim olması tövsiyə edilir

Oktyabrın 23-də gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edib. Müdafiə mövqelərimizi atıcı silahlardan, minaatanlardan və toplardan atəşə tutan düşmən yaylım atəşli reaktiv sistemlərdən və digər artilleriya qurğularından istifadə edərək, həmçinin Tərtər, Bərdə, Goranboy və Naftalanı atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi...