09
Noyabr

9 Noyabr

Fövqəladə Hallar Nazirliyi

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başlayıb.

Artıq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsi Füzuli şəhərində fəaliyyətə başlayıb. Həmçinin Xocavənd rayonunun Hadrut qəsəbəsində FHN DYMX-nin yerli strukturunun xidməti təşkil olunub. Hər iki məntəqə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.