Baş Prokurorluq
Dinc mülki əhalimizə qarşı Ermənistan təcavüzü nəticəsində törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinq keçirilib
Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə, Bərdə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinq keçirilib.
Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə və strateji obyektlərə zərbə endirməsi ilə bağlı 39 cinayət işi açılıb.
Onun sözlərinə görə, cinayət işləri erməni silahlı qüvvələri və onlarla döyüşən muzdlularla, həmçinin işğal altında olan ərazilərimizdə Azərbaycan dövləti və vətəndaşlarına qarşı ekologiyanın, əmlakların məhv edilməsi ilə bağlıdır:
“O cümlədən 3 cinayət işini Dövlət Təhlükəsizliyi Xidməti açıb. Bu cinayət işləri erməni tərəfinin pulla muzdlu döyüşçü tutub, Azərbaycan ərazisində döyüşlərə cəlb etməsi ilə bağlıdır”.