07
Noyabr

7 Noyabr

Tərtərdə aşkarlanan partlamamış raket və bombacıq zərərsizləşdirilib

Tərtər rayonunun Səhləbad kəndində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış bir ədəd zenit raketi və 9N235 bombacığı aşkar edilib.

206 millimetrlik 9N33 raketi "OSA" zenit raket kompleksindən, 9N235 bombacığı isə 9M525 raket sistemindən atılıb. Partlamamış raket və bombacıq ANAMA-nın əməkdaşları tərəfindən partlatma yolu ilə zərərsizləşdirilib.

07
Noyabr

7 Noyabr

Ermənilərin atdıqları partlamamış hərbi sursatlar zərərsizləşdirilib

2020-ci il noyabrın 5-dən 7-dək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Füzuli, Şəmkir, Tərtər rayonları, Gəncə, Naftalan və Yevlax şəhərləri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 94 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 2 müraciət daxil olub.

Daxil olmuş 96 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun...