07
Noyabr

7 Noyabr

ANAMA

Ermənilərin atdıqları partlamamış hərbi sursatlar zərərsizləşdirilib

2020-ci il noyabrın 5-dən 7-dək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Füzuli, Şəmkir, Tərtər rayonları, Gəncə, Naftalan və Yevlax şəhərləri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 94 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 2 müraciət daxil olub.

Daxil olmuş 96 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Qaraxanlı, Şənlik, Avşar, Aşağı Avşar, Minəxorlu, Hüsülü kəndləri, Tofiq İsmayılov küçəsi, Ağdam rayonunun Orta Qışlaq, Əfətli, Kolqışlaq, Mirəşelli, Çəmənli, Baharlı, Böyüklü, Sarıcalı, Zəngişalı kəndləri, Baharlı-2 qəsəbəsi, Bərdə rayonunun Yeni Əyricə, Zümürxan, Otuzikilər, İmamqulubəyli, Ərəblər, Nazırlı, Quşçuluq, Əyricə kəndləri, Nüşabə küçəsi, Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndi, Füzuli rayonunun Şükürbəyli, Yuxarı Veysəlli kəndləri, 3-cü və 5-ci Zobucuq qəsəbələri, Şəmkir rayonunun Aşağı Seyfəlli kəndi, Tərtər rayonunun Azad Qaraqoyunlu, Düyərli, Ələsgərli, Qaynaq, Sarıcalı, Yuxarı Sarıcalı, Yenikənd, Köçərli, Keçəlli, Səhləbad, Güyərli, Əskipara kəndləri, Naxır qəsəbəsi, E.Səfərov, H.Aslanov, Vaqif küçələri, Gəncə şəhəri Kəpəz rayonu və Yevlax şəhərinin Aran qəsəbəsində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 77 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 8 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd 9N235 bombacığı, 3 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 45 ədəd partlamış mərmi qalıqları aşkarlanıb.

Agentliyin partlayış qrupu tərəfindən 3 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd 9N235 bombacığı, mexaniki minatəmizləmə qrupu tərəfindən 25 ədəd piyada əleyhinə mina (24 ədəd PMN və 1 ədəd PMD-6) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 42 777 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.