Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən, Ağdam Azərbaycana qaytarıldı. “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”,- Prezident İlham Əliyevin xalqa müraciətində bildirdi. Azərbaycan ordusu Ağdam rayonuna daxil oldu, Ağdam şəhərinin mərkəzində Şanlı Bayrağımız ucaldıldı, Himnimiz səsləndirildi. Uzun müddətdən sonra ilk dəfə Ağdam şəhərindəki Cümə məscidində azan oxunaraq, Cümə namazı qılındı.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.