• Media
09

9 November

Local media

Ali Baş Komandanın böyük sevinc, qürur bəxş etdiyi şuşalı ailələrdən reportaj FOTO VİDEO - Azərtac

Hər gün Şanlı Ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr xalqımıza sonsuz sevinc bəxş edir. Şuşanın ötən gün erməni işğalçılarından azad olunması xəbərini də hər bir azərbaycanlı coşqu ilə qarşıladı. Ömrünün ən gözəl illərini bu doğma diyarda keçirənlərin sevinci yerə-göyə sığmırdı. Müxbirimiz Salyanda məskunlaşmış əslən Şuşadan olan ailənin sevincinə şərik olub.