Path to Victory
Hər gün Şanlı Ordumuzun döyüş meydanında qazandığı parlaq qələbələr xalqımıza sonsuz sevinc bəxş edir. Şuşanın ötən gün erməni işğalçılarından azad olunması xəbərini də hər bir azərbaycanlı coşqu ilə qarşıladı. Ömrünün ən gözəl illərini bu doğma diyarda keçirənlərin sevinci yerə-göyə sığmırdı. Müxbirimiz Salyanda məskunlaşmış əslən Şuşadan olan ailənin sevincinə şərik olub.
Bu gün döyüş meydanında düşmən ordusunun təxribatlarına layiqincə cavab verən Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad edərək bizə yeni zəfərlər bəxş edir. İgidlərimizin canı və qanı bahasına əldə olunan bu zəfərlərdə biləsuvarlı Vətən oğullarının da payı az deyil. Mübarizlər yetişdirən diyardan minlərlə oğul ön cəbhədə düşmənə qan uddurur.
Azərbaycanın bir qrup mətbuat nümayəndəsi erməni işğalından azad edilmiş Zəngilan rayonunda olublar.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam edilmiş müxbiri xəbər verir ki, jurnalistlər Zəngilan rayonunun Mincivan qəsəbəsi və digər ərazilərdə erməni işğalının izləri ilə tanış olub, mənfur qonşularımızın vəhşiliyinin fəsadlarını gözləri ilə görüblər. Həmin görüntüləri təqdim edirik.
Qeyd edək ki,...
Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Nəticədə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, ticarət obyektlərinə, təsərrüfatlara ziyan dəyir.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Ağdam rayonunun ən çox ziyan dəyən yaşayış məntəqələrindən biri də Qaradağlı kəndidir....
28 il Şuşasız yaşayan şuşalıların vətən nisgili sevinc hissləri ilə əvəz edilib. Noyabrın 8-i Azərbaycan tarixinə yazılan qürur günümüz olaraq yaddaşlara həkk edildi. Müzəffər Ordumuz Şuşanı düşmən tapdağından azad etdi.
Doğma yurdundan köçkün düşən şuşalılar indi torpaqlarının azad olunmasının sevincini yaşayırlar. Şuşadan...
“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Ümummilli lider Heydər Əliyev Şuşanın vətənimiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Bu il Şuşanın quruluşunun 270-ci ildönümüdür. Dağlıq Qarabağ məsələsində dövlətimizin, siyasi...
Azərbaycanın Şuşanı azad etməsi, yəqin ki, Azərbaycan tarixinin ən vacib hərbi qələbəsidir.
Bunu Trend-ə ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza deyib.
O bildirib ki, Şuşanın azad edilməsi nəticəsində Azərbaycan hərbi baxımdan Xankəndi üzərində yüksəkliklərə, eləcə də Ermənistanla Xankəndi arasında keçən həyati əhəmiyyətli yola nəzarət edir:
“Beləliklə, demək olar ki, hərbi mərhələ başa çatıb. Yəqin...
Şuşanın erməni işğalından azad edilməsi Prezident İlham Əliyevin liderliyi və Azərbaycan ordusunun rəşadəti sayəsində mümkün oldu.
Bunu Trend-ə amerikalı ekspert, “Caspian Group Holdings”in baş direktoru Rob Sobhani deyib.
Onun sözlərinə görə, ərazilərin işğaldan azad edilməsində uğurların səbəblərindən biri Azərbaycan Prezidentinin uzun illər ərzində diplomatiya sahəsində gördüyü işlər olub.
Ekspert hesab edir...