Vətən mahnıları
“Vətən oğlu”
2020-ci ilin sonuncu vətənpərvərlik mahnısı Xalq artisti Aygün Kazımovadan gəlib. “Vətən oğlu” adlı mahnının sözləri Nəriman Abbaszadə, musiqisi Fərid Kərimliyə məxsusdur. Mahnı Prezident İlham Əliyevin ad gününə həsr edilib.
Klipi Türkiyənin məşhur rejissoru Selim Akar lentə alıb. Kazımovanın obrazları üzərində dünyaca məşhur modelyer, həmyerlimiz Rüfət İsmayıl çalışıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.