05
Noyabr

5 Noyabr

İnformasiya müharibəsi

İnformasiya savaşı davam edir:Qarabağda daha 12 PKK terrorçusu məhv edildi

Davam edən Vətən müharibəsində informasiya müharibəsində əsas amillərdən biri İrəvanın döyüşlərə xeyli sayda muzdlu və terrorçu cəlb etməsini açıb göstərməkdir. Azərbaycan mediası və aidiyyəti qurumlar zamanında bu cür hallarla bağlı məlumatları cəmiyyətə və dünyaya çatdıra bilir. Paylaşılan son xəbərlərdə son sutka ərzində aparılan əməliyyatlarda 12 PKK/YPG terrorçusu məhv edilməsi qeyd olunub.

Terrorçular əsasən Xocavənd istiqamətində aparılan əməliyyatlar zamanı məhv edilib. Məlumata görə, terrorçulardan 1-i özünü partladıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.