29
Oktyabr

29 Oktyabr

İnformasiya müharibəsi

Bərdədə törədilən terrorun “Qarabağ bombalandı“ kimi qələmə verilməsi

Azərbaycan döyüş meydanında olduğu kimi informasiya cəbhəsində də uğurla mübarizə aparır. Ermənistanın xeyrinə olan bir sıra yalan informasiyaları ifşa edərək sayt və sosial şəbəkələrdə yayılan dezinformasiyaların vaxtında qarşısı alınır. Buna misal olaraq məşhur Yahoo saytında dərc olunan “Qarabağ şəhəri döyüş ayı ərzində ən ağır atəşə tutuldu” başlıqlı xəbəri göstərmək olar. Xəbərdə ermənilərin Bərdədə törətdiyi terror hadisəsi “Qarabağ bombalandı“ kimi qələmə verilib. Belə ki, yazıda yerləşdirilən foto Bərdədə baş vermiş qanlı terror zamanı qeydə alınmışdı.

Azərbaycanlıların gün ərzində sosial şəbəkələrdə, eləcə də aidiyyəti quruma etdikləri aktiv şikayət və etirazları nəticəsində sayt həmin fotonu sildi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.