İnformasiya müharibəsi
Ermənistan növbəti dəfə yalan xəbər yayır
İrəvanın yaydığı bir sıra yalan məlumatlar ifşa edilir. Belə hadisələrdən biri Müdafiə Nazirliyinin guya Ordumuzun mülki obyektləri hədəf seçməsi ilə bağlı yayılan dezinformasiyalara cavab verməsi olub.
Nazirliyin yaydığı bəyanatda deyilir ki, Ermənistan Xarici İşlər Nazirliyinin bu ölkənin ərazisində silahlı qüvvələrin infrastrukturu və mülki obyektlərə guya Azərbaycan PUA-ları ilə zərbə endirilməsi ilə bağlı bəyanatla çıxış etməsi Ermənistanın törətdiyi qanlı əməllərin üstünü ört-basdır etmək məqsədi güdür.
"Qəti surətdə bu xəbəri təkzib edir və bildiririk ki, Azərbaycan Ordusu yalnız işğal olunmuş ərazilərin azad olunması istiqamətində legitim hərbi hədəflərə atəş açır. Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur", - deyə məlumatda qeyd olunur.