Zəfərin yolu
Talış kəndinin azad olunması ilə bağlı cəmiyyətə, dünya mediasına hər cür faktların təqdim edilməsinə baxmayaraq, Ermənistan mediası yalan məlumatlar yaymaqda davam edir. Ermənilər hələ də iddia edirlər ki, guya Talış onların nəzarətindədir.
Əslində, Azərbaycan əsgəri sözügedən ərazidə şanlı bayrağımızı qaldırıb, bununla bağlı foto və videogörüntülər yayılıb.
Bu gün Ermənistan tərəfi növbəti dəfə Azərbaycan Ordusunun pilotsuz uçuş aparatını (PUA) vurduğunu elan etdi və bunu təsdiq etmək üçün guya həmin PUA-nın videokadrlarını yaydı. Lakin bu videonun yavaşıdılmış kadrlarına ötəri baxış etməklə havadan düşən və parlaq alovla yanan “PUA-nın” “An-2” yüngül çoxməqsədli təyyarə olduğunu dəqiq görmək olar.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
V.Dərgahlı bildirib: “Sual olunur, Azərbaycan Ordusunun sərəncamında...