Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də "Tvitter" hesabında Azərbaycan Ordusunun növbəti uğuru haqqında paylaşım edib:
"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"