Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 16-da "Tvitter" hesabında paylaşım edib:
"Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir. Buna heç nə ilə haqq qazandırmaq olmaz."