11
Yanvar

11 Yanvar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də "Tvitter" hesabında Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin birgə imzaladığı bəyanatın fotosunu paylaşıb:
"Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı (11 yanvar 2021-ci il)"
11
Yanvar

11 Yanvar

"Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə,qonşular kimi birlikdə necə yaşamaq,nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik."
Bu sözləri Prezident İlham Əliyev yanvarın 11-də "Tvitter" hesabındakı paylaşımında qeyd edib.
11
Yanvar

11 Yanvar

Prezident İlham Əliyev yanvarın 11-də"Tvitter" hesabında növbəti paylaşım edib:
"Nəqliyyat kommunikasiyalarının bərpası regionun inkişafına böyük dinamizm gətirə,təhlükəsizliyi möhkəmlədə bilər.Nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan,Ermənistan,Rusiya xalqlarının,qonşularımızın mənafelərinə cavab verir.Əminəm ki,qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar."