20
Noyabr

Media

Türkiyə mediası Prezident İlham Əliyevin Ağdamın azad edilməsi ilə bağlı xalqımıza müraciətini canlı yayımlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdamın işğaldan azad olunması ilə əlaqədar xalqa müraciəti Türkiyə kütləvi informasiya vasitələri (Anadolu Ajansı,TRTHaber) tərəfindən qardaş ölkə ictimaiyyətinə canlı yayımla təqdim edilib.

Birgə bəyanata əsasən təcavüzkar Ermənistanın silahlı dəstələrinin geri çəkilməsi nəticəsində Ağdam rayonunun düşməndən azad edilməsi münasibətilə dövlətimizin başçısının noyabrın 20-də Azərbaycan xalqına müraciəti Türkiyə ictimaiyyətinin həsrətlə gözlədiyi xəbərlərdən idi. Prezident İlham Əliyevin müraciətindəki əsas fikirlər və çağırışlar Türkiyə mediasının manşet xəbərinə çevrilib.

Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad edilmiş Ağdam rayonu ərazisinə daxil olmasına dair proseslər iki gündür ki, Türkiyə KİV-lərinin əsas xəbəri kimi qalmaqdadır.



Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.