Media
Gürcü saytı: “Prezident İlham Əliyev: nə oldu Paşinyan? Statusun nə oldu?”
Gürcüstanın böyük oxucu kütləsinə malik “interpressnews.ge” informasiya agentliyi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti zamanı söylədiyi fikirlərə geniş yer ayırıb.
Azərbaycan Prezidentinə istinadən yayılan xəbərlərdə Ağdamın, Kəlbəcərin və Laçın rayonlarının dekabrın 1-dək qaytarılması, bölgəyə Rusiya və Türkiyə sülhməramlılarının yerləşdirilməsi məsələsi əksini tapıb.
Ən çox oxunan isə “Prezident İlham Əliyev: Nə oldu Paşinyan? Qarabağla bağlı statusun nə oldu? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq” sərlövhəli məqalə olub.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.