23
Oktyabr

23 Oktyabr

Hərəkət xəritəsi

Azərbaycan Ordusu daha bir qəsəbə və 11 kəndi işğaldan azad edib

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Qoşunlarımızın keçirdiyi hərbi əməliyyatlar nəticəsində Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndləri, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Minbaşılı kəndlərini və Xələfli qəsəbəsini, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri işğaldan azad edilmişdir.

Şanlı Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini də işğaldan azad etmişdir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.