31
Oktyabr

31 Oktyabr

Əsgərimiz

Düşmən texnikasını dəqiq atəşlə məhv edən çavuş

Çavuş Əzizov Bəhruz Fikrət oğlu torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə verilən döyüş tapşırığının öhdəsindən layiqincə gəlir.

Döyüşlərdə düşmənin bir neçə canlı qüvvəsini və avtomobil texnikasını dəqiq atəşlə məhv edib.  

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.