Əsgərimiz
Düşmənin minaatan bölməsini məhv edən hərbi qulluqçumuz
Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu Heydərov Cəsarət Şakir oğlu döyüş meydanında şəxsi bacarığı ilə seçilən hərbi qulluqçulardandır.
O torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə dəqiq atəşlə düşmənin minaatan bölməsini, şəxsi heyət və texnikasını məhv edib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.