28
Oktyabr

28 Oktyabr

Əsgərimiz

Azərbaycan Ordusu doğma torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda rəşadətlə döyüşür

Rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda qəhrəmancasına döyüşür, düşmənə sarsıdıcı zərbələr vurur. Əsgər və zabitlərimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında xidmət etməkdən və Vətən uğrunda döyüşlərdə düşmənə ağır zərbələr vurmaqdan sonsuz iftixar hissi keçirirlər.

Müdafiə Nazirliyinin təqdim etdiyi növbəti videoda Azərbaycan Ordusunun zabiti hərbçilərimizin döyüş ruhunun və qələbə əzminin yüksək səviyyədə olmasını məhz bu sözlərlə ifadə edib.

İgid zabitimiz bildirib ki, Müzəffər Ali Baş Komandamızın vurğuladığı kimi, üçrəngli bayrağımız işğal olunmuş bütün torpaqlarımızda, şəhər və kəndlərimizdə dalğalanacaq. Yaşasın, Azərbaycan Ordusu! Yaşasın, Müzəffər Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.