27
Oktyabr

27 Oktyabr

Əsgərimiz

Döyüş tapşırığının öhdəsindən layiqincə gələn hərbçimiz 

Kiçik çavuş Rahib Həşimov torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə verilən döyüş tapşırığının öhdəsindən layiqincə gələrək şücaət göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatına görə, o, düşmənin bir neçə artilleriya qurğusunu məhv edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.