Əsgərimiz
Ordumuzun qələbələrində əməyi olan hərbçilərimiz
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatları uğurla davam edir.
Müdafiə Nazirliyinin Mətbuat xidməti bildirib ki, müzəffər Ordumuzun rəşadəti nəticəsində şəhər və kəndlərimiz işğaldan azad edilərək Ermənistan silahlı qüvvələrindən təmizlənib və həmin ərazilər bölmələrimizin tam nəzarəti altındadır.
Azərbaycan Ordusunun qələbələrində əməyi olan hərbi qulluqçularımızı tanıyaq!
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.