08
Noyabr

8 Noyabr

Cəbhənin Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edilib

Noyabrın 8-i saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri məhv edilib.

08
Noyabr

8 Noyabr

Cəbhənin Xocavənd istiqamətində düşmən ciddi itkilər verir

Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib.

Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayının 2-ci və 4-cü taborları şəxsi heyət və hərbi texnikada itkilərə məruz qalıb. Alayın döyüş təminatında, silah-sursat təchizatında çatışmazlıqlar var.

Bölmələrimizin 120 mm-lik minaatan batareyalarının atəş zərbələri nəticəsində cəbhənin Xocavənd istiqamətində olan Ermənistan silahlı qüvvələrinin 3-cü motoatıcı alayın bölmələrinin şəxsi heyəti arasında da xeyli sayda...

08
Noyabr

8 Noyabr

Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçır

Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib.

Cəbhənin bu istiqamətində düşmənin mövqelərinə atəşlə zərər vurulub. Ağır itkilər verən düşmən bəzi hədləri ataraq qaçıb.

Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.

08
Noyabr

8 Noyabr

Əziz Şuşa, sən azadsan!

Qoşunlarımızın keçirdiyi hərbi əməliyyatlar nəticəsində iyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi.