09
Noyabr

9 Noyabr

Cəbhədə noyabrın 9-na olan son vəziyyət

Noyabrın 8-i gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri...

09
Noyabr

9 Noyabr

Düşmənin döyüş texnikaları məhv edilir

Şuşa istiqamətində düşmənin mühasirəyə alınan qüvvələrinin məhv edilməsi əməliyyatı davam edib.

Noyabrın 9-da Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 1 tankı və 1 piyada döyüş maşının zərbə PUA-ları ilə məhv edilib.

Həmin anları əks etdirən videogörüntülər təqdim edilir.

09
Noyabr

9 Noyabr

Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edilib

Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və döyüş texnikasını məhv etməkdə davam edir.

Noyabrın 9-da günorta saatlarında Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan 1 ədəd yük maşını zərbə PUA-sı ilə məhv edilib.

09
Noyabr

9 Noyabr

Cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə artilleriya zərbələri endirilir

Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə və canlı qüvvəsinə atəşlə zərər vurması davam edir.

Düşmənin səngərləri və sığınacaqları artilleriya zərbəsi ilə dağıdılır.

09
Noyabr

9 Noyabr

Bayraqdar hədəfi göstərir, Harop isə zərbə endirir

Noyabrın 9-da saat 15:50-də cəbhənin Xocavənd istiqamətində düşmən tərəfindən fərdi yaşayış evlərinin arasında yerləşdirilmiş və aviasiya vasitələrimizə qarşı tətbiq olunan “Tor-M2KM” zenit-raket kompleksi (ZRK) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

09
Noyabr

9 Noyabr

Cəbhənin Xocavənd istiqamətində düşmənin “Osa” ZRK-sı vurulub

Noyabrın 9-da cəbhənin Xocavənd istiqamətində düşmənin atəş mövqeyinə çıxarılan “Osa” zenit-raket kompleksi (ZRK) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

09
Noyabr

9 Noyabr

Cəbhənin Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi məhv edilib

Noyabrın 9-da cəbhənin Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

09
Noyabr

9 Noyabr

Azərbaycan Ordusu daha bir neçə kəndi, strateji yüksəklikləri və 1 qəsəbəni işğaldan azad edib

Müzəffər Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Qoşunlarımızın keçirdiyi hərbi əməliyyatlar nəticəsində ordumuz Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzlək, Govşatlı, Mirzəcamallı, Şəkərcik, Merdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hüseynbəyli, Saracıq, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşanın Daşaltı, Xocavəndin Susanlıq, Binə, Tuğ, Ağdam, Azıx, Böyük Tağlar, Salakətin, Zoğalbulaq, Arakül,...