
Zəfərin yolu
Noyabrın 3-ü gün ərzində və 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Sutka ərzində düşmənin...
Azərbaycan Ordusunun bölmələri düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlərini davam etdirirlər.
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.
Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 millimetrlik üç topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəfləri...
Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.
UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.
Ötən sutka ərzində düşmənin bölmələri Ermənistanın Berd rayonu istiqamətindən Tovuz və Ağstafa rayonlarında yerləşən mövqelərimizi və cəbhənin müxtəlif istiqamətlərində ordumuzun digər mövqelərini, o cümlədən Ağdam, Ağcabədi, Tərtərdəki yaşayış məntəqələrimizi atıcı silahlardan, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov...
Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Keçirilən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir.