29
Sentyabr

29 Sentyabr

Sosial media

Müdafiə Nazirliyi rəşadətli Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı maraqlı paylaşım edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatı həyata keçirərək düşmənə sarsıdıcı zərbələr vuran rəşadətli Azərbaycan Ordusu ilə bağlı maraqlı paylaşım edib.

nazirliyin sosial media hesablarında yerləşdirilən infoqrafikada “İrəli, irəli, yalnız irəli! Geriyə haqqımız yoxdur, Azərbaycan əsgəri” ifadələri yer alıb. Paylaşımda Azərbaycan Ordusunun hərbi qüdrəti və torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda döyüşlərə yüksək hazırlığı əksini tapıb.

Bu günlərdə kiçikdən böyüyədək hər bir azərbaycanlının qəlbi Azərbaycan Ordusunun əsgər və zabitləri ilə bir döyünür. Düşmənin təxribatlarına cavab olaraq cəbhənin bütün istiqamətlərində sürətli əks-hücum əməliyyatı keçirən və Ermənistan ordusuna ağır zərbələr vuran Azərbaycan Ordusunun uğurları otuz ilə yaxındır doğma torpaqlarımızın həsrəti ilə yaşayan xalqımızda əzəli torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını göstərir. Ali Baş Komandanımızın müdrik və qətiyyətli rəhbərliyi ilə düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusuna güvənən xalqımız həmişə olduğu kimi, bu günlərdə də sarsılmaz xalq-ordu birliyi, həmrəyliyi nümayiş etdirir.

Müdafiə Nazirliyinin bu paylaşımında da məhz Azərbaycan Ordusunun xalqımızın bəslədiyi ümidləri layiqincə doğrultmağa hər an hazır olduğu ifadə edilib.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.