28
Sentyabr

28 Sentyabr

Sosial media

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın təxribatları nəticəsində yaranmış qarşıdurmada Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirmək məqsədilə iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərindən videoçarx yayımlayıb.

Nazirliyin “Tvitter” səhifəsində Azərbaycan və Türkiyə ordularının qüdrətini nümayiş etdirən videoçarx sosial şəbəkə istifadəçiləri tərəfindən geniş şəkildə bəyənilir və sürətlə yayılır.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsinin xatırladıldığı hissədə “Hər zaman Can Azərbaycanın yanındayıq” yazılır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.