14
Oktyabr

14 Oktyabr

Sosial media

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 14-də "Tvitter" hesabında Azərbaycanla bağlı paylaşım edib:

"Biz Türkiyə olaraq həm imkanlarımızla, həm də bütün qəlbimizlə sonuna qədər Azərbaycanın yanında olmağa davam edəcəyik",-deyə paylaşımının başlığında qeyd edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.