11
October

11 Oktyabr

Sosial media

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Tvitter”dəki səhifəsində Ermənistanın humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alması ilə bağlı paylaşım edib.

Prezidentin köməkçisi qeyd edib: “Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alıb. Dərhal Mingəçevirin dinc əhalisinə və energetika infrastrukturuna hücumlara başladı. Sivil dünya və Ermənistanın arasında uyğunsuzluğa baxın”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.