30
Sentyabr

30 Sentyabr

Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutur

Sentyabrın 30-da səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur.

İlkin məlumata görə mülki infrastruktura ziyan dəyib və yaralılar var.

30
Sentyabr

30 Sentyabr

Ermənistan ordusu Aşağı Ağcakəndi artilleriya atəşinə tutur

Bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutmağa başlayıblar. Mülki əhalini hədəfə alan düşmənin atdığı artilleriya atəşi nəticəsində sakinlər arasında ölən və xəsarət alan olmayıb.

Bölmələrimiz düşmənə qarşı adekvat cavab tədbirləri görür.