Törədilən cinayətlər
Düşmən Ağdam, Tərtər və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur
Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının Ağdam, Tərtər və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.