02
Oktyabr

2 Oktyabr

Ermənistan Ağdam rayonunun dörd kəndini intensiv artilleriya atəşinə tutur

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq, bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

Müdafiə Nazirliyindən bildirilib ki, mülki əhali arasında ölən və yaralananlar var.

Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, tərəfimizdən adekvat cavab tədbirləri...

02
Oktyabr

2 Oktyabr

Ermənistan ordusu Şəmkirin Sabirkənd və Ağdamın Quzanlı yaşayış məntəqələrini raket atəşinə tutur

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına əsasən, 2 Oktyabr 2020-ci il tarixində günorta saatlarından etibarən Ermənistan ərazisindən Azərbaycanın Şəmkir rayonunun Sabirkənd kəndi raket atəşinə, Tovuz rayonunun Ağdam kəndi isə artilleriya atəşinə tutulur. Ermənistan silahlı qüvvələri, həmçinin işğal olunmuş ərazilərimizdən Bərdə rayonunun Əmirli və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini artilleriya atəşinə tutur.

Mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan...

02
Oktyabr

2 Oktyabr

Düşmən Tərtər və Bərdədə yaşayış məntəqələrini atəşə tutur

Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutur.