29
Oktyabr

29 Oktyabr

Günahsız qurbanlar

Düşmən bu dəfə Goranboyun Tapqaraqoyunlu kəndini hədəf aldı – daha bir dinc sakin həlak oldu

Oktyabrın 29-da səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Saat 17 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olub, evə isə ciddi ziyan dəyib.

Qeyd edək ki, sentyabrın 27-dən bəri Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində mülki şəxslərdən 90 nəfər həlak olub, 400-ə yaxın dinc sakin isə xəsarət alıb. Bundan başqa, 2338 ev, 92 çoxmənzilli yaşayış binası və 415 mülki obyekt yararsız vəziyyətə düşüb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.