Zəfərin yolu
Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
18.10.2020-ci il tarixdə səhər saatlarından düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Yuxarı Qiyaməddinli və Qaraxanlı kəndlərində ümumilikdə 25-dən artıq yaşayış evinə külli miqdarda ziyan dəyib.
Bundan başqa, 19.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələri...
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edib.
Ermənistan ordusunun atdığı mərmi Tərtər rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğına səbəb olub. Yanğın söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Tərtər rayonunda vətəndaşa məxsus fərdi yaşayış evinə...