16
Oktyabr

16 Oktyabr

Əhaliyə dəyən ziyan

Ermənilərin atdığı mərmi Naftalanda fərdi evi yandırdı

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx olduğu yaşayış məntəqələrini, mülki obyektləri atəşə tutmaqda davam edir.

Bir neçə gün əvvəl Ermənistan ordusunun atdığı mərmi Naftalan şəhərinin Qaşaltı kəndində yerləşən fərdi evdə yanğına səbəb olub. Hadisə nəticəsində evə ciddi ziyan dəyib.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən evin qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğın baş vermiş evin sahibi müəllimdir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.