06
Oktyabr

6 Oktyabr

Dövlət obyektlərinə dəyən ziyan

Ermənistan tərəfindən Azərbaycanın ixrac neft-qaz infrastrukturuna raket zərbələri endirilib

Ermənistan Silahlı Qüvvələrinin silahlı birləşmənin üzvləri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə 06 oktyabr 2020-ci il tarixdə, saat 18:30 radələrində Azərbaycan Respublikasının Yevlax rayonunun silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən, fərqləndirilən və xam neft və kondensat ixrac edən kəmərləri hədəfə almaqla, eləcə də döyüşlərdə iştirak etməyən, hərbi əməliyyatlar aparılan ərazidən ən azı 50 kilometrdən artıq məsafədə yerləşən Yevlax rayonunun Aran qəsəbəsi istiqamətində beynəlxalq hüquqla qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını tətbiq edib. Mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara raketlə hücum etməklə 9M525 qəlpəli “Smerç” nəslindən olub böyük dağıdıcı qüvvəyə malik, içərisində 300 ədəd 9N235 bombacıqları olan reaktiv yaylım atəşli raketdən atəş açıb.

Azərbaycan silahlı qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində raketin içərisində olan bombacıqlardan bir hissəsi Yevlax rayonu Aran qəsəbəsindən keçən diametri 42 düym olan Cənub Qafqaz Genişlənmiş Boru kəmərinin boru xəttinin üzərinə, bir hissəsi həmin ərazidən keçməklə xam nefti Qara dəniz sahilinə nəql edən Qərb İxrac Boru kəmərindən 120 metr məsəfəyə, digər hissələri isə həmin qəsəbədən keçən Bakı-Tibilisi-Ceyhan Neft kəmərindən 100 metr məsafəyə səpələnib, bununla da neft ixrac edən və dağıdılması əhəmiyyətli əmlak ziyanının vurulmasına səbəb ola bilən böyük ötürücülü xam neft və kondensat ixrac edən kəmərlər üçün təhlükəli şərait yaratmaqla infrastruktur obyektlərinə və digərlərinə məxsus xüsusilə külli miqdarda əmlakların qəsdən məhv edilməsinə cəhd olunub, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılıb və aparılıb, terrorçuluq cinayəti törədilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.