Xarici ölkələr
Rusiya Prezidenti RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib.
Bu barədə jurnalistlərə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
D.Peskov deyib: “Qarabağ ətrafında vəziyyət, həmçinin nizamlama üzrə səylər barədə fikir mübadiləsi davam edib”.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.