Xarici ölkələr
Rusiya və Almaniya xarici işlər nazirləri Dağlıq Qarabağda vəziyyəti müzakirə ediblər
Rusiya və Almaniya xarici işlər nazirləri Dağlıq Qarabağda vəziyyəti müzakirə ediblər.
Rusiya XİN-nin mətbuat xidməti xəbər verir ki, bu ölkənin xarici işlər naziri Sergey Lavrov almaniyalı həmkarı Hayko Maas ilə telefon danışığı zamanı Dağlıq Qarabağda vəziyyət və Donbasda münaqişənin nizama salınması ilə bağlı məsələlər ətrafında müzakirə aparıblar.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.